• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: “Sürücülər yol polislərinə başqa şey təklif edirlər”

Vaqif Əsədov: “Sürücülər yol polislərinə başqa şey təklif edirlər”
23.01.2020 23:46
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində keçirilən müşavirədə nazir, general-polkovnik bir sıra məqamlara toxunub. Onlardan biri də yol polisi əməkdaşlarının sürücülərlə etik münasibətləridir.

Daxili işlər naziri müşavirədəki çıxışında vətəndaşlarla kobud davranmamağı və nəzakətli olmağı tələb edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ barədə Lent.az-a danışarkən yol polisi əməkdaşlarının üzərində kamera olduğunu vurğulayıb. Şöbə rəisi buna görə də yol polislərinin deyil, sürücülərin daha çox nəzakətsizliyə meylli olduqlarını bildirib:
"Yeni il başlayandan hər gün şəxsi heyət qarşısında təlimatla çıxış edirik. Təlimatlarda vətəndaşlarla etik normalar çərçivəsində rəftar etmək tələb edilir. Bu günə qədər ölkə üzrə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 2 fakt aşkarlanıb. Vətəndaşlardan yol polisinin rəftarı ilə bağlı hər hansı ərizə və ya şikayət daxil olmayıb. İndi hər bir yol polisi əməkdaşının üzərində səsyazma və görüntünü qeydə alan texniki vasitə var. Həmin vasitələrin də işlək vəziyyətdə olması tələb olunur. Ona görə də inanmıram ki, yol polisləri vətəndaşlarla kobud rəftar etsinlər. Əksinə, əməkdaşlarımızın üzərində kamera olmasından istifadə edən vətəndaşlar özləri yol polisinə qarşı nəzakətsiz davranmağa və başqa təkliflər verməyə meylli olurlar. Bu günə qədər Bakı şəhərində yol polisindən şikayətlə bağlı heç bir müraciət daxil olmayıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol