• $
  • €
  • ₽
  • ₺
  • £

Aytən Səfərova namizədliyini geri götürüb? - Açıqlama

Aytən Səfərova namizədliyini geri götürüb? - Açıqlama
24.01.2020 10:33
Aparıcı Aytən Səfərovanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən namizədliyini geri götürməsi ilə bağlı iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, aparıcı bununla bağlı açıqlama yayıb. O, iddiaların yalan olduğunu, bunu seçicilərdə inamsızlıq yaratmaq üçün etdiklərini bildirib:
"Əziz ağsululular və ismayıllılılar, 9 fevral 2020-ci növbədənkənar parlament seçkilərində mənim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən olan opponentim gözəl həkim, ziyalı Araz Bayramov öz namizədliyini geri çəkdikdən sonra (təəssüf), mənim də analoji addım atacağım barədə şayiələr dolaşır. Və ya qəsdən dolaşdırılmaqda, camaat arasında çaşqınlıq, seçicilər arasında inamsızlıq yaradılmaqdadır. Bu şayiələrin heç bir əsası yoxdur, mən bu gün də öz seçkiqabağı təbliğat və təşviqat kampaniyamı davam etdirməkdəyəm. 87 saylı DSK namizədləri arasında bu gün sadə xalqın, seçicilərin ümidlə millət vəkili olacağını gözlədiyi, sözlərini nəhayət ki, çəkinmədən deyəcəyinə böyük inamı olduğu nömrə bir real namizədəm. Cənab Prezidentə, dövlətimə, son islahatlara görə hədsiz təşəkkürmü bildirirəm. Bu prosesə  kölgə salmaq  istəyən ünsürlər barəsində isə ciddi tədbirlərin görüləcəyinə əminəm. 9 fevral tarixində hamı seçkilərə! Səsiniz gəlsin!”

Qeyd edək ki,  Aytən Səfərova fevralın 9-da keçiriləcək parlament seçkilərinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol