• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisini bıçaqlayanlarla bağlı yeni XƏBƏR VAR

Yol polisini bıçaqlayanlarla bağlı yeni XƏBƏR VAR
29.05.2020 11:01
Məhkəmə yol polisini bıçaqlayan şəxslərin şikayətini rədd etdi. Bakı Apellyasiya Məhkəməsində Bakıda yol polisi əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Elçin İbrahimov və Elman Sadıxovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Anews.az trend-ə istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, 2018-ci il iyunun 14-də Maştağa qəsəbəsində E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyərək əvvəlcə maşını DYP avtomobilinə bir neçə dəfə vurub. Daha sonra isə onlar yol polisi əməkdaşı Babək Qəmbərova ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd, dövlət nümayəndəsinə zor tətbiqetmə, narkotik, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol