• $
  • €
  • ₽
  • ₺
  • £

“İctimaiyyətin qınağına ehtiyac var”

“İctimaiyyətin qınağına ehtiyac var”
29.05.2020 04:31
"Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var".  

"Qafqazinfo" xəbər verir ki, bu sözləri  ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan  balıqların yox olmasına şərait yaranır:
"Aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var. 

Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq. 

Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə  son qoysunlar.

Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək,  qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına  qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol