• $
  • €
  • ₽
  • ₺
  • £

İki rus diplomat saxlanılıb - Casusluq edirmişlər? - TƏFƏRRÜAT

İki rus diplomat saxlanılıb - Casusluq edirmişlər? - TƏFƏRRÜAT
24.01.2020 15:48
Bolqarıstan prokurorları iki rus diplomatı casusluqda şübhəli bilib. 

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, prokurorluq istintaqın nəticələri barədə Bolqarıstan Xarici İşlər Nazirliyinə məlumat ötürüb.

İstintaqa görə, onlardan biri 2017-ci ildən bu yana Bolqarıstanda keçirilən seçkilərlə bağlı məlumatlar toplayıb. O, Bolqarıstan Xarici İşlər Nazirliyində səfirliyin konsulluq şöbəsinin birinci katibi kimi akkreditə olunub. Rusiyanın ticarət nümayəndəliyində çalışan ikincisi, 2018-ci ildən bəri dövlət və ya xidməti sirr olan ölkə iqtisadiyyatının enerji sektoru haqqında məlumat toplayıb. O, topladığı məlumatları Moskvaya ötürüb. Məlumat topladığı vaxt o, belə məlumatlara sahib olan Bolqarıstan vətəndaşları ilə əlaqə saxlayıb.

Bolqarıstan məhkəmə sistemindən bildirilib ki, diplomatik toxunulmazlığa sahib olduqları üçün onlar ittiham edilə bilməzlər. Onlara qarşı məhkəmə istintaqı aparılır.

Yanvarın 23-də "Bloomberg” Bolqarıstanda yaşayan üç rusyalı biznesmen Emiliyan Qebrevi, oğlunu və kompanisanını əməkdaşını zəhərləməyə cəhddə ittiham edildiyini bildirib. Rəsmi Sofiya bu müttəhimlər üçün Avropa həbs qərarı verilməsinə nail olub, onları İnterpol və Şengen İnformasiya Sistemi vasitəsi ilə axtarış siyahısına salıb.

2019-cu ilin fevral ayında məlum olub ki, Bolqarıstan Qebrevin zəhərlənməsi ilə Salisburidə Skripalın zəhərlənməsi arasında mümkün əlaqəni araşdırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol