Bakıda Zamin Salayevin həbsi ilə bağlı aksiya keçirilib - FOTO

Yanvarın 24-də bir qrup AXCP üzvü Bakının
Nizami küçəsində etiraz aksiyası keçiriblər.
Təşkil edilən aksiyanın qarşısı polis tərəfindən alınıb.
Anews.az xəbər verir ki, aksiya
iştirakçıları yanvarın 12-də polisə müqavimətdə ittiham olunaraq 30 gün müddətinə
həbs edilən AXCP üzvü Zamin Salayevin həbsinə və həbs edildikdən sonra
polis bölməsində işgəncələrə məruz qalmasına etiraz ediblər.
Aksiya iştirakçıları Zamin Salayevin Salyanda Həmzə Əzizov adlı
polis əməkdaşının 21 yaşlı qıza təcavüz etməsi ilə bağlı iddialar irəli sürdüyü üçün tutulduğunu bildirib.
Təşkil edilən aksiyanın qarşısı polis tərəfindən alınıb.
Daxili İşlər
Nazirliyi isə bildirir ki, Zamin Salayevin həbsi siyasi xarakter daşımır və ona nə həbs zamanı, nə də saxlanma yerində işgəncə
verilməyib.
Tural Türksoy
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























