• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı batalyonunun komandiri dünyasını dəyişdi - FOTO

Xocalı batalyonunun komandiri dünyasını dəyişdi - FOTO
26.01.2020 13:35
"Azərbaycan bayrağı" ordenli Xocalı döyüşçüsü, əslən Axısqa türkü olan Sərvər Rəcəbov dünyasını dəyişib. 
Anews.az xəbər verir ki. bu barədə jurnalist-publisist Nəzirməmməd Zöhrablı məlumat verib.
Sərvər Rəcəbov qaraciyər sirrozundan əziyyət çəkirdi. 
Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Xocalıya ermənilərin hücumları başlayan zaman S.Rəcəbov Xocalı özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.
Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Sərvər Rəcəbov vətən qarşısında xidmətlərinə görə  "Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. (avropa.info)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol