• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası
28.01.2020 13:37
Azərbaycan Beynəlxalq Bankında "Donor günü” aksiyası keçirilib. Azərbaycan Talassemiya Federasiyası ilə tərəfdaşlıq əsasında təşkil olunan aksiyada bankın Baş ofis və ayrı-ayrı filiallarının əməkdaşları qan veriblər. Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqlarının tibbi dəstəyi ilə aparılıb. 

Belə bir aksiyanın təşkilində məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə dəstək verməkdir. Toplanmış qan ehtiyatı bu uşaqların müalicəsinə yönələcək. 

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı müxtəlif istiqamətlərdə ardıcıl korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Donor günü aksiyası da sosial layihələrimizdən biridir. Toplanan hər damla qan bir körpənin həyatda qalmasına yardım deməkdir. Belə donor günlərini gələcəkdə də kollektivimiz üçün nəcib bir ənənəyə çevirmək niyyətindəyik”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol