• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikanın İREX təşkilatının bank hesablarına həbs qoyulub

Amerikanın İREX təşkilatının bank hesablarına həbs qoyulub
05.08.2014 11:09
İyulun 31-də Amerikanın İREX qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin bank hesablarına həbs qoyulub. Bu barədə qərarı Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi verib. Bu barədə Turan-a beynəlxalq təşkilatlardakı mənbələrdən bəlli olub.Mənbənin məlumatına görə, İREX məhkəmənin qərarından apellyasiya şikayəti verib. İREX-in özündə şərh verməkdən yayınırlar.Bu təşkilat Azərbaycan KİV-nin əsas donorlarından biridir. Bir neçə il ərzindən İREX onlarla layihə həyata keçirib, KİV-ə maddi və texniki yardım göstərərək, jurnalistlər üçün çoxsaylı treninqlər və seminarlar təşkil edib.Bundan başqa, İREX ölkənin kənd sakinlərinin İnternetə çıxışı işində böyük rol oynayıb, onlarla kənddə pulsuz internet otaqları təşkil edib.Mayda Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işinə başlayıb. Həmin vaxtdan 20-yə yaxın yerli və xarici QHT-nin hesabına həbs qoyulub. Bu QHT-lərin bəzilərində vergi yoxlamaları aparılır.

Bu zaman hüquq-mühafizə orqanları araşdırmanın səbəbləri ilə bağlı şərh vermir. Yerli fəallar bunu müstəqil vətəndaş cəmiyyəti institutlarının aradan qaldırılması məqsədilə hakimiyyətin təzyiqi kimi qiymətləndirirlər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol