• $
  • €
  • ₽
  • ₺
  • £

Ağciyər İnstitutunda xəstələrə bərbad yeməklər verilir, palatalardan kəskin iy gəlir...

Ağciyər İnstitutunda xəstələrə  bərbad yeməklər verilir, palatalardan kəskin iy gəlir...
29.05.2020 08:43
Bir neçə gündür Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan ölüm faktları cəmiyyətdə ciddi narahatlığa səbəb olub.


Xəstəxana barədə səsləndirilən bir sıra faktlar öz əsasını tapmasa da, ötən gün xəstəxananın baş həkimi İman Rzayevin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq olmaması barədə açıqlaması isə ciddi ajiotaj yaradıb.


Hər kəsi maraqlandıran əsas sual Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim yoxdursa, xəstələrə kim baxır? Orada nə baş verir?


Oxu.Az məsələni yerində öyrənmək üçün bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda olub. Təəssüf ki, xəstəxananın həyətinə daxil olsaq da, qəbul şöbəsinə daxil olmağa icazə verilməyib.


Xəstəxana binasının kənardan görünüşü o qədər ürəkaçan olmasa da, xəstələrin bir qisminin dediyinə görə, bəzi xəstəxanalardan yaxşı vəziyyətdədir.


Xəstəxanada isti su yoxdur


Xəstəxananın həyətində rastlaşdığımız xanım bildirdi ki, artıq bir ildən çoxdur oğlu burada müalicə alır. O deyir ki, həkimlərdən narazı olmasa da, palataların vəziyyəti yaxşı deyil:


"Xəstəxanada isti su yoxdur. Soyuq su isə fasilələrlə olur. Oğlum burada müalicəsini davam etdiri. Bir il əvvəl müalicə almışdı. Yenidən həkimə müraciət etmişik. Həkimin müalicəsindən çox razıyam. Amma xəstəxananın otaqlarında səliqəsizlik baş alıb-gedir. Xəstələrə verilən yeməklərdən isə danışmağa dəyməz, keyfiyyəti çox aşağıdır”.


Başqa bir xəstənin dediyinə görə, onu müalicə edən həkim artıq burada işləmir:


"Ötən il burada müalicə almışam. Həkimim sayəsində vəziyyətim yaxşıdır. Amma təəssüf ki, məni müalicə edən həkim artıq burada işləmir, Moskvaya gedib. Bu gün yenidən yoxlanışa gəldim, həkim tapa bilmədim. Palataların vəziyyəti yaxşı deyil. Otaqlardan kəskin qoxular gəlir”.


Xəstəxanada olarkən, daha bir təəccüblü məlumat eşitdik. Deyilənə görə, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) rəhbərliyi tərəfindən xəstəxanada monitorinq keçirilib. Nəticədə isə şöbələrdən istifadə müddəti keçmiş dərmanlar aşkar olunub.


Bu informasiyanın nə qədər həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu göndərdik. Sorğumuza cavab olaraq bildirildi ki, agentlik rəhbərliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna getməsi doğrudur:


"Rəhbərlik nümayəndələri xəstəxanada olub. Lakin istifadə müddəti bitmiş dərmanların aşkarlanması ilə bağlı yayılan məlumat yanlışdır”.


Xəstəxanada isti su var


Bütün bu iddialara cavab verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev bildirib ki, xəstəxanada isti suyun olmadığına dair iddialar əsassızdır:


"Xəstəxanada Ariston quraşdırılıb. İsti suyun olmamasından söhbət gedə bilməz. Dərmanlarla bağlı məsələ isə ümumiyyətlə, reallıqdan kənardır. Xəstəxanada köhnə dərmanların nə işi var? Bizim barəmizdə bu cür qeyri-dəqiq informasiyalar yayan şəxs və ya şəxslər bunu qərəzli şəkildə edirlər”.
 









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol