• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirus “Apple”ı da vurdu - Yeni “iPhone”lar...

Koronavirus “Apple”ı da vurdu - Yeni “iPhone”lar...
28.01.2020 18:20
Çində yeni koronavirusun törətdiyi pnevmoniyanın yayılması ABŞ-ın "Apple” korporasiyasının bu ölkədə buraxdığı "iPhone" smartfonunun yeni qənaətcil modelinin istehsalına başlamasını ləngidə bilər.

Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, "iPhone"ların, demək olar ki, hamısı Çinin Henan əyalətinin paytaxtı Jenqjou şəhərindəki "Foxconn” şirkətinə məxsus müəssisədə, habelə Şanxay şəhəri yaxınlığında "Pegatron” şirkətinə məxsus müəssisədə buraxılır. Hər iki müəssisə xəstəliyin yayılmağa başladığı Vuhan şəhərindən 500 kilometrdən artıq məsafədə olsalar da, yeni virusa yoluxma ehtimalı kifayət qədərdir.

"Apple” şirkətinin Çində 10 minə yaxın əməkdaşının olduğu, istehsalat proseslərində milyonlarla insanın iştirak etdiyi, bunların əksəriyyətinin bu günlərdə Yeni il tətilinə çıxdıqları bildirilir. Hazırda şirkətin həmin işçilərə tətildən sonra işə çıxmamaq barədə müraciət edib-etmədiyi bilinmir.

Xatırladaq ki, ötən həftə "Apple”nin fevral ayından ucuz "iPhone" istehsalına başlamaq planı barədə xəbər yayılmışdı. Zahirən 2017-ci ildə təqdim olunmuş "iPhone8"ə bənzəyən yeni cihazın "iPhone Se"dən sonra ilk ucuz smartfon olduğu bildirilir. Burada barmaq izini tanıyan "Touch İD” sistemi "Home” düyməsində quraşdırıldığı, cihazı işə salmaq üçün sifəti skan edən "Face İD” sisteminin isə ixtisar edildiyi bildirilir.

Ən son məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 4 515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb. Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bu epidemiyanı Çin üçün fövqəladə vəziyyət olduğunu, beynəlxalq fövqəladə vəziyyət elan etmək üçün zərurət yaranmadığını açıqlayıb.
(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol