• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda güclü zəlzələlər bu zonalarda ola bilər

Azərbaycanda güclü zəlzələlər bu zonalarda ola bilər
28.01.2020 23:45
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib.

Anews.az xəbər verir ki, Q.Yetirmişli trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur.

Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.

O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Mərkəz direktoru əlavə edib ki, Bakı və Abşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır.

Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib:

"Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol