• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ

Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ
29.01.2020 17:21
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda  toyundan iki həftə sonra sonra vəfat edən gəlinlə bağlı məsələyə münasibət bildirib. 

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən faktla bağlı araşdırmalara aparır:
"Masallıda baş verən ölüm hadisəsi ilə bağlı Komitənin rayonda yerləşən Qadın Resurs Mərkəzinin, monitorinq komissiya vasitəsilə araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları da cəlb edilib”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur:

"18 yaşına çatmayanlar uşaq hesab edilir. Uşaq hüquqları haqqında qanuna və beynəlxalq konvensiyalara əsasən, əsasən, uşaq nikahları yolverilməzdir. Baş vermiş fakt onu göstərir ki, onların 16 yaşı var, qeyri-rəsmi nikahdır. Uşaq nikahlarına yox deyilməlidir, uşaqları nikaha təzyiq edən valideynlər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, yanvarın 29-da Xoşçobanlı kəndində naməlum şəraitdə 16 yaşlı gəlin ölüb. İki həftə əvvəl Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızı Xoşçobanlı kənd sakininə ərə gedib. Yeni evlənən bəyin isə 19 yaşı olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol