• $
  • €
  • ₽
  • ₺
  • £

“Qan tökməyin, amandır..!” - Leyla Əliyeva

“Qan tökməyin, amandır..!” - Leyla Əliyeva
29.05.2020 04:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeiri tərcümə edilib.ANN.Az Modern.az-a istinadən “İnsanlar” adlı şeiri oxuculara təqdim edir:(Люди) İnsanlar! Çox çətindir sizi həmişə sevmək. Ancaq, hərdən olsa da, nə asan nifrət etmək. Bir-birinizi sevin Sabaha ruhlandırın. Kimsəni incitməyin, Könlünü sındırmayın.“Ötən günə gün çatmaz, Calasan günü-günə”. Siz də heç tələsməyin, Üfüqləri yenməyə... – Sevinc, kədər, göz yaşı... Qan-tərə də batsanız Zaman bunu hiss etmir, Vecinə də almayır... Şadlıq-kədər anlamır, Ötür, saymır heç kimi. Zaman üçün bir heçdir, İnsan tələskənliyi...Zaman, yaxşı bilirsən, Sənə həsəd çəkirəm. Sevirəm, qısqanıram – Dərindən hiss edirəm. Bir səhərlər mənim ol, bir də yuxularımda... Zəncirləsəm mən səni, Çin olar arzular da.Əbədiyyən sən mənim, Olammazsan, bilirəm. Onu da bilirsən ki, Hamı kimi deyiləm. Verərəm nəyim varsa, Təki səni ram edim. Yandıraram hamını, Təki səni əlimdə, Əridərək mum edim.Ağlayıram... amma ki, Göz yaşlara xəsisdir. Gözdən heç yaş gəlməsin, Gəldiyi bəs eyləyir; Hər bir damcı göz yaşı Kirpiyimdə bir sirdir.İnsanlar! Öldürməyin, Qan tökməyin, amandır..! Onsuz da zalım əcəl, Hər qapını tanıyır... Nə olsun, gecə-gündüz, dənizlər də can alır.?! – Talelər yox edirlər, Gəmilər batırırlar... – Suya dönür diləklər...Gecə! ehtirasım, hissimsən. Səni nə bölüşərəm, Nə də ki, itirərəm... Mənə ulduz bəxş edən, Təkliyimi ram edən, Yeganə həmdəmimsən... Adamlar bir-birinə Küsməsin, darılmasın... Ulu Göydən diləyək, Günahlar bağışlansın..! Mənə elə gəlir ki, yuxulara dalanda başqa aləm görürəm... Üz tutub insanlara səslənmək istəyirəm: Sevin bir-birinizi... – Elə bilin bu şeiri Sizə alqış edirəm...Rus dilindən çevirəni: Mahir Qabiloğlu

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol