16 yaşlı arvadını öldürməkdə ittiham olunan Masallı sakini tutuldu

Masallı rayonu, Həsənli kənd sakini 16 yaşlı Qəmbərova Fatimə Mais qızının qətlə yetirilməsi ittihamı ilə bağlı əri 2001-ci il təvəllüdlü İman Məmmədov tutulub.
Bu barədə Oxu.Az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məhkəmə ekspertizasına görə, zərərçəkən boğularaq öldürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Əldə olunan məlumata görə, İ.Məmmədov yanvarın 29-da axşam saatlarında saxlanılıb. O, törətdiyi əməli etiraf edərək, onunla yetkinlik yaşına çatmayan həyat yoldaşı arasında məişət zəminində münaqişə baş verdiyini deyib.
Saxlanılan şəxsin bədənində müayinə zamanı mütəxəssislər hücuma məruz qalan F.Qəmbərovanın müqavimət göstərməyə çalışdığını göstərən yüngül xəsarətləri qeyd ediblər.
Məlum olub ki, saxlanılan şəxs Sumqayıt Dövlət Texniki Kollecinin tələbəsidir. Bununla əlaqədar gənc cütlük Sumqayıtda kirayə mənzilə köçməli idi. Mənzili İ.Məmmədovun anası kirayələyib.
Saxlanılan şəxsin dediyinə görə, o, F.Qəmbərova ilə valideynlərinin istəyinə əsasən evlənib. Onlar 2016-cı ildə, üç il əvvəl nişanlanıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























