• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Polisindən sərt xəbərdarlıq: “Bu hallara qarşı barışmaz mövqedəyik”

Bakı Polisindən sərt xəbərdarlıq: “Bu hallara qarşı barışmaz mövqedəyik”
30.01.2020 11:42
"Vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün DİN-in "102 Zəng Mərkəzi” daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də, sosial şəbəkələrdən geniş imkanlar yaradılıb:

"Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.

Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönəldilən böhtan və yalanlar polisin fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.

Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədir.

Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol