İcbari tibbi sığorta çərçivəsində bir ailə həkiminə neçə nəfər təhkim olunacaq?

"İcbari tibbi sığorta çərçivəsində hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə isə 800-ə qədər uşaq təhkim olunacaq".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir:
"Xəstə xəstəxanaya müraciət edərək "burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidir".
Agentlik rəsmisi bildirib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq: "İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























