Gənc qızın ölümünə səbəb olan biznesmenə ağır cəza verildi - FOTO

Bakıda piyada xəttindən keçən gənc qızı maşınla vuran şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Məmmədov Ramal Camal oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ramal Məmmədova hökm oxunub.
Əvvəlcə Ramal Məmmədovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Ramal Məmmədova qarşı istintaq orqanı tərəfindən haqsızlıq edilib, onun hüquqları pozulub, qərəzli münasibət göstərilib. Vəkil qeyd edib ki, istintaq orqanı müdafiə etdiyi şəxsin narkotikin təsiri altında olması ilə bağlı ekspertiza təyin etməyib.
Müdafiəçi Ramal Məmmədovun ehtiyatsızlıqdan belə bir qəza törətdiyini və əməlindən peşman olduğunu qeyd edib. Ramal Məmmədovun vəkili müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyay hadisəsi törətmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Xatırladaq ki, Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, hadisə ötən il, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. "Volkswagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanova hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü Ramal Məmmədov saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























