• $
  • €
  • ₽
  • ₺
  • £

BNA-dan Ədalət Şükürova cavab: "Son 1 ildə 11 dəfə cərimələnib"

BNA-dan Ədalət Şükürova cavab: "Son 1 ildə 11 dəfə cərimələnib"
30.01.2020 18:42
Bakı Nəqliyyat Agentliyi əməkdar artist Ədalət Şükürovun ittihamlarına cavab verib.
 
AZXEBER.COM xəbər verir ki, qurumun sözcüsü Mais Ağayev sosial şəbəkədə geniş status yazıb.
 
Həmin açıqlamanı təqdim edirik: 
 
Məlum olduğu kimi əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyi ilə bağlı müəyyən subyektiv fikirlər söyləyib və qurumu fəaliyyətsizlikdə günahlandırıb.
Lakin qanunvericiliyə uyğun olaraq, Agentliyin öz vəzifələrini icra etməsinin təsdiqi kimi sadəcə hörmətli əməkdar artistinin şəxsi avtomobili ilə törətdiyi və əməkdaşlarımız tərəfindən qeydə alınan bir neçə qayda pozuntusunu göstərmək istərdim. Belə ki, son bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 Dövlət Qeydiyyat Nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır.
Bakı Nəqliyyat Agentliyi hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydayaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bunu etməkdə əsas məqsəd isə bir daha vurğulayıram ki, paytaxtın küçə və prospektlərində fasiləsiz, təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyini təmin etməkdir.
Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.
Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və "Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm.
 

Qeyd edək ki, müğənni bildirib ki, yol hərəkətinə nəzarət BNA-ya veriləndən sonra pisləşib.
"Əziz dostlar, mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır, burda tıxacdayam. Bakı Nəqliyyat Agentliyi təzə bir "yem” tapıb.
Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.
Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də görməmişəm onları. Maarifləndirmək yoxdur.
Uzun vaxtdan sonra hələ "20 yanvar” dairəsindən çıxıram. Sağ olsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir. Onlar olmasa nə olar? BNA ancaq pul yığır”, - deyə Ədalət Şükürov videoda bildirib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol