• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Premyer Liqasında 54 günlük fasilə başa çatır

Azərbaycan Premyer Liqasında 54 günlük fasilə başa çatır
31.01.2020 18:30
Sabah Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

Apasport.az saytının məlumatına görə, çempionatdakı 54 günlük fasilə III dövrənin startı ilə başa çatacaq.

XV turun qarşılaşmaları Zirədə başlayacaq. Qəsəbənin eyniadlı komandası "Sabah”ı sınağa çəkəcək. Turnir cədvəlində qonşu olan komandalar avrokubok iddiasını ilə qələbə ilə başlamaqla nümayiş etdirməyə çalışacaq. "Sabah” rəqibinə yaxınlaşmaq üçün qalib gəlməlidir. "Zirə” ən azı bir neçə saatlıq 4-cü yerə yüksəlmək imkanına malikdir.

Turun mərkəzi qarşılaşmasında ilk "dördlük”də qərarlaşan iki klub görüşəcək. "Neftçi” öz meydanında "Sumqayıt”ı sınağa çəkəcək. Roberto Bordini istefaya göndərən bakılılar Füzuli Məmmədovun rəhbərliyi altında ilk sınağından itkisiz ayrılmaq əzmindədir. "Ağ-qaralar” bunu bacarsa, liderlə fərqini azaldacaq, üstəlik mövqeyini qorumuş olacaq. "Sumqayıt” isə ilk "üçlük”lə xal fərqini yaxşılaşdırmaq, həm də izləyicilərindən uzaqlaşmaq üçün iddialı rəqibi büdrətməyə köklənib.

İkinci oyun günü autsayderlərin liderlərə qarşı duelləri ilə diqqət çəkəcək. 3-cü pillədəki "Keşlə” Qəbələ”də eyniadlı komanda ilə üz-üzə gələcək. Bakılılar "Neftçi” ilə qiyabi mübarizədə geri düşməmək üçün səfərdən itkisiz qayıtmalıdır. Əyalət klubu son pilləyə yuvarlanmaq təhlükəsindən yan keçmək üçün qalib gəlməlidir. Bu, bir addım irəliləməyə də yetərli ola bilər.

Tura son çempionun matçı ilə yekun vurulacaq. "Qarabağ” autsayder "Səbail”in qonağı olacaq. Lider izləyiciləri ilə xal fərqinin azalmaması üçün paytaxt klubunu məğlub etməlidir. Ötən mövsümün bürünc mükafatçısı isə son pillədən qurtulmaq arzusunu qələbə ilə gerçəkləşdirə bilər.

Azərbaycan Premyer Liqası

XV tur
1 fevral (şənbə)
"Zirə” – "Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 15:00
"Neftçi” –" Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bakcell Arena”, 17:30
2 fevral (bazar)
"Qəbələ” – "Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 15:00
"Səbail” – "Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"ASCO Arena”, 17:30

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol