• $
  • €
  • ₽
  • ₺
  • £

İsraildən koronavirusla bağlı vacib AÇIQLAMA

İsraildən koronavirusla bağlı vacib AÇIQLAMA
01.02.2020 10:04
Tibbi maskalar koronavirusdan qorunmağa tam zəmanət vermir.

"RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin Tel-a-Şomer klinik mərkəzinin infeksionisti Vladislav Litaçevski bəyan edib.

Onun sözlərinə görə, tibbi maskalar yoluxma ehtimalını azaldır, ancaq 100 faiz zəmanət vermir: "Müdafiə bir sıra amillərdən asılıdır. Məsələn, materialın nə qədər məsaməli olması vacibdir. Bu, onun hansı zərrəcikləri buraxa biləcəyinə təsir göstərir”.

"Bizdə hələ nədən müdafiə olunmaq istədiyimizlə bağlı tam anlayış yoxdur”, - deyə Litaçevski bəyan edib.

İnfeksionist koronavirusdan müdafiə üçün bir sıra amilləri açıqlayıb. O, insanların kütləvi toplandığı yerlərdən çəkinməyi, Çinə səfərləri təxirə salmağı və heyvan bazarlarına getməməyi tövsiyə edib.

Həkim onu da bildirib ki, koronavirus tibb işçilərinə çoxdan məlumdur. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının bütün virus infeksiyalarının on faizini məhz koronavirus təşkil edir: "Adətən, xəstəlik öz-özünə keçir. Lakin indi tibbi işçiləri əvvəllər məlum olmayan genetik fərqlilik müəyyən ediblər”.

Qeyd edək ki, son məlumatlara görə, Çində bu virusdan daha 45 nəfər həyatını itirib. Fevralın 1-nə olan məlumata görə, bütün dünyada yoluxanların sayı 11 mini keçib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol