• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərlə bağlı 2020-ci il üçün tədbirlər proqramı AÇIQLANDI

Əlilliyi olan şəxslərlə bağlı 2020-ci il üçün tədbirlər proqramı AÇIQLANDI
01.02.2020 11:31
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiqlənmiş "2020-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu il nazirliyin həyata keçirəcəyi tədbirlər müəyyən olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az bildirilib ki, onların sırasına əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması və müalicəsinə köməklik göstərilməsi, bu kateqoriyalardan olanlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının, onlara maddi yardımın təşkil edilməsi daxildir. Proqramda həmin şəxslərin yaradıcılıq və idman tədbirlərinin təşkili, beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, Milli Qəhrəmanların tanıdılması kampaniyasının davam etdirilməsi və s. də yer tutur.
 
Sənədə əsasən, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə bu il də onların istirahət zonalarına göndərilməsi, sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Proqramda cari ildə əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışlarının təşkili, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması ilə bağlı layihələrin dəstəklənməsi və s. də yer alıb. Bu layihələrə sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərini öyrənmələrinə yardım edilməsi, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. daxildir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol