• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Qubada uşaq müəssisəsinə baş çəkib

Ombudsman Qubada uşaq müəssisəsinə baş çəkib
29.05.2020 05:26
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi statusunda olan Təhsil Nazirliyinin Quba xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, başçəkmədə məqsəd bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu təhsil müəssisələrində yaşayan uşaqlarla, habelə müəssisə əməkdaşları ilə fərdi söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.

Ombudsman tərəfindən müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, yeməkxana və mətbəxə, ərzaq anbarına və ümumi əraziyə baxış keçirilib.

Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Quba xüsusi peşə məktəbində saxlanma şəraitinin uşaqlar üçün uyğun olmadığı, onların keyfiyyətli təhsil, asudə vaxtlarının səmərəli təşkili, peşə vərdişlərinə yiyələnmələri üçün imkanların aşağı səviyyədə olduğu müşahidə edilib. Müəssisədə ştat vahidinin çox olmasına baxmayaraq, ictimai təhlükəli əməl törətmiş uşaqların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların psixoloji, tibbi və sosial reabilitasiyasının təmini üçün uyğun şərait yoxdur, bu xidmətlərin təşkilinə ciddi ehtiyac var.

Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların saxlandığı bu müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında” Nümunəvi Nizamnamənin tələblərinə cavab vermir.

Başçəkmənin sonunda Ombudsman tərəfindən müəssisə rəhbərliyinə milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan, uşaq hüquqlarının həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsini nəzərdə tutan tövsiyələr verilib. Başçəkmənin nəticəsi müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlar qarşısında qaldırılacaq.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol