• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib
01.02.2020 23:00
Bu gün Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.

APA-nın məlumatına görə, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, gənc müəllimlər iştirak ediblər.

Forumda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb: "Forum əlamətdar tarix ərəfəsində keçirilir. Sabah Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü qeyd olunur. Cəmiyyətin inkişafında, insanın şəxsiyyət kimi formalaşmasında, təhsilin inkişafında müəllimin əvəzsiz əməyi var. Azərbaycan dövləti müəllimlərə diqqət və qayğı ilə yanaşır. Müəllim savad, bilik verməklə yanaşı, gənc nəslə milli mənəvi dəyərlər, onların vətənpərvər ruhda böyüməsində öz həyatlarını həsr edirlər. Həyatda uğur qazanmış hər kəs valideyni qədər müəlliminə minnətdar olmalıdır".

Nazir qeyd edib ki, uzun illər ərzində peşəkar kadr ehtiyacı olan ən ucqar məntəqələrdə demək olar ki, müəllim problemi həll olunub: "Həmin ərazilərdə vakant yerlər 100 faiz dolub. 2019-cu ildə 500-dən yuxarı bal toplayan hər 4 nəfərdən biri müəllim ixtisasını seçib".
Tədbir bədii hissə ilə davam etdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol