• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli virusdan qorunmağın asan yolu - Hamının evində var

Dəhşətli virusdan qorunmağın asan yolu - Hamının evində var
29.05.2020 08:53
Koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) qorunmaq üçün ən asan yollardan biri əlləri tez-tez yumaq və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməkdir.

Bu barədə Türkiyənin Sakarya Universitetinin tibb fakültəsinin yoluxucu xəstəliklər üzrə Professoru Oğuz Karabay danışıb.

Onun sözlərinə görə, əlləri kolonya ilə silmək də virusun ötürülməsinin qarşısını almaqda böyük rol oynayır.

"Koronavirus illərdir tanıdığımız və soyuqdəymə kimi bildiyimiz göz, burun, boğaz və selikli qişalara yapışan virusdur. Koronavirusun əsas mənbəyi heyvanlardır. Məsələn dəvə və yarasalar kimi müxtəlif heyvanlar bu virusu insanlara ötürə bilir. Bu virus insanların tənəffüs yollarında infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda ölümcül ola bilər, ancaq əldə edilən məlumatlara görə, virusa yoluxan 100 adamdan 98-də ölümcül deyil", - deyə türkiyəli professor bildirib.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 11 min 821, bu virus səbəbindən ölənlərin sayı isə 259 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı təxminən 18 min nəfərdir. İndiyədək 245 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal,
Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə ümumilikdə 124 nəfərin virusa yoluxması təsdiqlənib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol