“BakuBus”ın rəhbəri vəzifəsindən azad edildi

"BakuBus”ın rəhbəri vəzifəsindən azad edildi
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.
"Yeni Sabah" xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.
Xatırladaq ki, "BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib.
Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. /Qaynarinfo
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























