• $
  • €
  • ₽
  • ₺
  • £

103 saylı Gədəbəy Seçki Dairəsində saxtakarlıq: "Məzahir olan yerdə Xaliq kimdi" - FOTO

103 saylı Gədəbəy Seçki Dairəsində saxtakarlıq: "Məzahir olan yerdə Xaliq kimdi" - FOTO
05.02.2020 18:57
Adının çəkilməsinin istəməyən Gədəbəy rayon sakini 103 saylı Gədəbəy Seçki Dairəsində olan qanunsuzluqlar barəsində Anews.az-ın elektron poçtuna məlumat göndərib. Gədəbəy sakini  məktubunda 103 saylı Gədəbəy Seçki Dairəsinin sədrinin və Gədəbəy rayon icra hakimiyyətinin seçkiyə qanunsuz müdaxiləsindən danışır. Həmçinin sözgedən dairənin sədri Xaliq Xudaverdiyev dövlət idarəsinin stullarını özünə məxsus kafeyə aparıb.

Həmin sakinin  sözlərinə görə, 103 saylı Gədəbəy Seçki Dairəsinin tabeçiyində olan məntəqələrdə katib və üzvlərə seçki prosessi ərzində cəmi 50 manat pul verilir.

Göndərilən məlumat əsasında  103 saylı Gədəbəy Seçki Dairəsində araşdırma aparmağı qərara aldıq. Araşdırma edəcəyimizdən xəbər tutan 103 saylı Gədəbəy Seçki Dairəsinin sədri Xaliq Xudaverdiyev və onun maliyyələşdirdiyi bir xanım bizə qarşı hücuma keçdi. Saxta profillə ünvanımıza təhqiramiz sözlər yazmağa başladı. Əldə etdiyimiz məlumata görə, X. Xudaverdiyevin maliyyələşdirdiyi həmin xanım Gədəbəy rayon Uşaq Gənclər İnkişaf Mərkəzində işləyir. Xanımla olan söhbətimiz zamanı Xaliq Xudaverdiyevin onu maliyyələşdirdiyini özü etiraf edir və  sözügedən dairədə qeyd olunan saxtakarlıq Xaliq Xudaverdiyev ilə bağlı deyil:  "Məzahir olan yerdə Xaliq kimdi. Siz yuxarılardan yazın, Xaliqdən yazmayın”. 
 

 



 

 

Məlum oldu ki, 103 saylı Gədəbəy Seçki Dairəsində seçki məcəlləsinin bir neçə maddələri pozulub və dairə sədri qanunsuzluqlara yol verib. İlkin olaraq göndərilən məlumatda qeyd edilir ki,  Xaliq Xudaverdiyev  103 saylı Gədəbəy Seçki Dairəsinə məxsus stulları öz şəxsi obyektinə aparıb. Məlum obyektdə olduq, rastlaşdığımız mənzərə göndərilən məlumatı təsdiq etdi.  103 saylı Gədəbəy Seçki Dairəsinin stullarını  X. Xudaverdiyev özünə məxsus kafeyə gətirib, müştərilər üçün istifadə edir.
 



 
 
Bundan sonra 103 saylı Gədəbəy Seçki Dairəsinin tabeçiliyində olan məntəqələrdə olduq. Məntəqələrdə sədrlər yerində olsa da katiblər və üzvlər yox idi. Adını öyrəndiyimiz bir neçə katibi dindirdik. Məlum oldu ki, katiblər və üzvlərin seçkidən xəbəri yoxdur. Onların adlarını formal yazıblar. Həmin şəxslərin maaşları da X. Xudaverdiyev tərəfindən mənimsənilir. Qanunla seçki prosesi davam etdiyi müddətdə sədrlər ayda 180, katiblər 160, üzvlər 140 manat maaş almalıdırlar. Lakin təxmini 3 aya qədər davam edən seçki prosesində katiblər və üzvlər cəmi 50-60 manat alır.  Heç adlarına olan maaş kartları özlərində deyil.
 

Əldə etdiyimiz məlumata görə, X. Xudaverdiyev seçki müddətində YAP-ın üzvlərini müxalifət adı ilə qeydiyyatdan keçirərək  müşahidəçi təyin edib.
X. Xudaverdiyev seçki məcəlləsinin müxtəlif maddələrinin tələblərini  pozur. Namizədlərin seçki təbliğat-təşviqat kampaniyasına müdaxilə edərək  Aliq Bağırovun namizədliyini geri götürməsinə nail olub. Aliq Bağırov namizədliyinin geri götürülməsini belə izah edir:


Həmçinin yerli icra hakimiyyəti də seçkiyə müdaxilə edir. Vətəndaşları müxtəlif bəhanələrlə aldadırlar. Yalançı vədlər verirlər. Vətəndaşın göndərdiyi məlumatı olduğu kimi təqdim edirik :
 
 
 
 Zaur Qənbərov


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol