• $
  • €
  • ₽
  • ₺
  • £

MSK Mehman hüseynovun yaydığı səs yazısına münasibət bildirib - RƏSMİ

MSK Mehman hüseynovun yaydığı səs yazısına münasibət bildirib - RƏSMİ
03.02.2020 16:19
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb.

BAKU.WS xəbər verir ki, səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Artıq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib.

"Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona "konsentrasiyanı pozma, nəticə nə olur olsun (laboratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik", - deyərək təsəlli verdim”, - F.Quliyev açıqlamasında bildirib.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov "Report”a açıqlamasında deyib ki, məsələ ilə bağlı MSK-ya hər hansı bir müraciət daxil olmayıb: "MSK-ya hər hansı bir müraciət daxil olarsa, araşdırılacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol