Lənkəranda ana doğuşdan sonra ölüb

Lənkəranda ana ölümü baş verib.
Anews.az-ın verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25 radələrində hamiləliyinin 38-39-cu həftəsində xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Əməliyyatdan sonra xəstədə qanaxma başlayıb. Həkimlərin səylərinə baxmayaraq G.Babayeva dünyasını dəyişib.
Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır. //APA
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib