Bakıda yeddi yaşlı qıza təcavüzə cəhd edilib

Bakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qız uşağına qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib. Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib.
Qadının söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























