Nərminin qatilinin polis qohumu saxlanıldı? – RƏSMİ

İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır:
"Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”.
Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib:
"Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























