Goranboy İH-dən cəbhədəki son vəziyyətlə bağlı - AÇIQLAMA

Ermənilər tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi iriçaplı silahlardan əsasən gecələr atəşə tutulur. Bunu AzNews.az-a Goranboy rayonun icra başçısının köməkçisi Fuad ƏIiyev bildirib.
Onun sözlərinə görə, hər axşam atəş səsləri eşidilir: “Düzdür, bu atışma əvvəlki günlərə nisbətən azalıb, amma təəssüflər olsun ki, belə hallar tez-tez müşahidə olunmaqdadır”.
Şöbə müdiri yaranmış gərginliklərlə bağlı sərhəd kəndlərinin boşaldılması xəbərinə də münasibət bildirib: “Bunlar əsassız fikirlərdi. Kənd sakinləri arasında elə də güclü narahatçılıq hiss olunmur”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























