• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq Elçin Cəfərovla bağlı yayılan məlumatları təkzib etdi

Prokurorluq Elçin Cəfərovla bağlı yayılan məlumatları təkzib etdi
04.02.2020 21:06
Bakı Şəhər Prokurorluğu Elçin Cəfərovla bağlı yayılan məlumatları təkzib edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah”a daxil olan məlumatda qeyd olunur:
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb. 
Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. 
Belə ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyi üçün barəsində 18 yanvar 2020-ci tarixdə axtarış elan olunub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmiş və 25 yanvar 2020-ci il tarixdə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 
Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apellyasiya protesti verib”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol