İkinci hücum: Şuşa rayonunun sabiq rəhbərinin oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - VİDEO

Məişət zorakılığı Azərbaycanda günü-gündən geniş miqyas almağa başlayıb və artıq çoxdandır ki, cəmiyyət üçün təhlükəyə çevrilib. Mütəxəssislər məişət zorakılığını gizli cinayət adlandırırlar, çünki təkcə qadınlar deyil, kişilər də ailədə zorakılıq faktlarını gizlətməyə çalışırlar.
Məişət zorakılığının ancaq əyyaşların və sabiq məhkumların yaşadığı yoxsul ailələrin taleyi olduğu barədə fikir də yanlışdır. Maddi baxımdan zəngin olan ailələrdə də, hansı ki, üzvləri ali təhsillidir və yüksək sosial statusa malikdirlər, belə hadisələr yaşanır.
O, cinayət yerindən gizlənməyə çalışsa da, ərazini mühafizə edən polis həmin şəxsi saxlayıb. Qadın xəstəxanaya aparılıb.
Yeri gəlmişkən Oxu.Az-ın müxbiri zərərçəkənin Amerikada yaşayan bacısı Zumrud Forbus ilə əlaqə saxlayıb. Qadın bu ailənin həyatından bəzi təfərrüatları açıqlayıb.
Məlum olub ki, bu, C.Bəhmənovun Dilarəyə ikinci hücumudur. 1998-ci ildə hələ nişanlı olan vaxt Ceyhun ona 11 bıçaq zərbəsi vurub, lakin cinayət faktı Bəhmənovun atasının geniş əlaqələri sayəsində gizlədilib.Buna baxmayaraq, 1999-cu ildə Dilarə Ceyhunla evlənib.
Bacısının sözlərinə görə, D.Bəhmənova sözün həqiqi mənasında ev dustaqlığında olub, əri onu heç yerə buraxmayıb, mütəmadi döyüb və namaz qılmağa məcbur edib.
Bu evlilikdə onların üç övladı olub. Böyük oğlunun 19, qızının 15, üçüncü oğlunun isə 7 yaşı var. 17 illik evlilikdən sonra cütlük boşansa da, kişi bununla barışa bilməyib.
Saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 maddələri ilə (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) cinayət işi açılıb.
Z.Forbusun sözlərinə görə, hazırda D.Bəhmənovanın vəziyyəti kritikdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























