• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda növbəti ailə faciəsi - TƏFƏRRÜAT

Azərbaycanda növbəti ailə faciəsi - TƏFƏRRÜAT
05.02.2020 12:13
Şabran rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Vüsal Hacıyev qohumu Ruslan Hacıyevi öz arvadı Dünya Adıgözəlova (26.07.2015-ci il tarixdə vəfat edib – red.) ilə 2014-cü ilin yay aylarında dəqiq tarixi istintaqa məlum olmayan gündə gecə saatlarında yaşadığı evin həyətində cinsi əlaqədə olarkən yaxalayıb.

Arvadı ilə cinsi əlaqədə oldu, bağışladı

Daha sonra Vüsal Hacıyev həmin vaxt Ruslan Hacıyevi bağışlayıb, ondan heç bir şikayətçi olmayıb, onu və arvadını cəzalandırmayıb.
Bundan sonra Ruslan Hacıyev rayonda camaat içərisində Vüsal Hacıyevin haqqında nalayiq ifadələr işlədib, arvadı ilə əvvəllər cinsi əlaqədə olması barədə məlumatlar yayıb.

Bu səbəbdən Vüsal Hacıyev qısqanclıq zəminində Ruslan Hacıyevdən qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib. O, bu niyyətini həyata keçirmək üçün münasib vaxt və şərait yaranmasını gözləyib.

Sərxoş oldu, qisas günü olduğunu başa düşdü

Belə ki, Vüsal Hacıyev 12 avqust 2018-ci il tarixdə, günorta saatlarında tanışı İsmayıl Səfərəliyev ilə yaşadığı evin yaxınlığında spirtli içki qəbul etdikdən sonra sonuncu ilə birlikdə yaşadığı evə qayıdıb. O, yenidən spirtli içki qəbul edib və sərxoş vəziyyətə düşüb.

Həmin gün Vüsal Hacıyev Ruslan Hacıyevlə görüşərək qisas almaq vaxtı olduğunu düşünüb. O, Ruslan Hacıyevi qəsdən öldürmək niyyətini həyata keçirmək üçün mebel düzəltmək adı ilə İsmayıl Səfərəliyev vasitəsi ilə onu yaşadığı evə dəvət edib.
 
Pozğun qadın mübahisəsi

Ruslan Hacıyev İsmayıl Səfərəliyevin dəvətini qəbul edib və onun yaşadığı evə gəlib. Onlar ümumi məsələlər barədə bir qədər söhbət etdikdən sonra həmin gün saat 23 radələrində İsmayıl Səfərəliyev oradan gedib.

Bundan sonra Vüsal Hacıyev Ruslan Hacıyevə Dünya Adıgözəlova ilə cinsi əlaqədə olarkən onları görməsini xatırladıb. Vüsal Hacıyev həmin vaxt ona güzəşt etdiyini deyib.

Bu zaman Ruslan Hacıyev Dünya Adıgözəlovanın pozğun qadın olduğunu, başqa insanlarla da cinsi əlaqədə olduğunu bildirib. Onların arasında bu səbəbdən mübahisə yaranıb.Çoxsaylı zərbələr və qətl

Mübahisə zamanı Vüsal Hacıyev masanın üzərində olan içi su ilə dolu "aroma” şirəsinin şüşə qabını qəsdən Ruslan Hacıyevin baş nahiyəsinə vurub.
Daha sonra Vüsal Hacıyev öz niyyətini həyata keçirmək üçün mətbəxə keçib və oradan götürdüyü bıçaqla yerdə huşsuz vəziyyətdə olan Ruslan Hacıyevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Öldüyünə əmin oldu və polisə getdi

Ruslan Hacıyev aldığı zərbələrdən hadisə yerindəcə dünyasını dəyişib. Ruslan Hacıyevin öldüyünə əmin olan Vüsal Hacıyev Şabran Rayon Polis Şöbəsinə gəlib. O, törətdiyi əməli etiraf edib və könüllü olaraq təslim olub.

İstintaq orqanı tərəfindən Vüsal Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sərxoş qatilin cəzası bilindi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüsal Hacıyev apelyasiya şikayəti verib.

Vüsal Hacıyev apelyasiya şikayətində qeyd edib ki, qətl hadisəsini namus üstündə törədib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Vüsal Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol