• $
  • €
  • ₽
  • ₺
  • £

“Anamın dayısı qızı koronavirusdan vəfat edib” – “Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO

“Anamın dayısı qızı koronavirusdan vəfat edib” – “Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO
29.05.2020 08:43
"Bu qadını hamınız paylaşın. Bu qadının şəklini qrupda paylaşıblar, uşaq oğurlayır”. "Hamıya deyin ki, xəstəxanalarda hər şey pulsuzdur, şəxsiyyət vəsiqələrini götürüb gəlsinlər”. "Bu gün xoşagəlməz bir hadisə olub, anamın dayısı qızı koronavirusdan vəfat edib”.

Bu siyahını uzatmaq da olar. Son vaxtlar bu cür "Whatsapp" şayiələri tez-tez yayılır. Sonradan dövlət qurumları tərəfindən təkzib edilsə də, insanlar arasında sürətlə yayılan belə dezinformasiyalar təşviş yaradır.

Məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin "Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Sakin: "Kimsə yazır, atır dostuna ki, 10 nəfərə göndər. O da göndərir. Belə də yayılır da. Amma inanmırıq, boş söhbətlərdir”.

Amma, çox təəssüf ki, inanıb bu xəbərin təsir altına düşənlər də az olmur.

Təhminə Çələbi – Psixoloq: "Sonunda insan həyatını sona gətirən bir şey, ölüm xəbərləri seçilir. Ölüm, qəza, yəni ki, sizin heç bir şeydən xəbəriniz yoxdur. Hazırda sizi bir təhlükə gözləyir. Bu tip xəbərlər eşitdikdə əgər insanlarda bir az psixoloji sarsıntı, zəiflik varsa, bu kimi xəbərlər gərginliklər yarada bilər, ölüm qorxusu çoxala bilər və insanlarda panik ataklar olar”.

Rəşad Əliyev – Ekspert: "Hər hansı bir xəbərə gəldikdə, bu insanların zəifliyindən istifadə edərək aktual mövzunu götürürlər. Onun əsasında yayırlar.
 
Məlumatlar çox vaxt dostdan-dosta, şəbəkə prinsipi ilə paylaşılmış olur”.

Çox vaxt belə məlumatların kim hərəfindən göndərilməsi də məlum olmur. Birdən tanımadığınız nömrədən sizə təşviş dolu mesaj göndərilə bilər.

Rəşad Əliyev - Ekspert: "Yüklə, gör, telefonda dostlarının adı nədir. Bu tipli proqramlar var ki, onları yükləyərkən telefon nömrənizi 3-cü resursa verirsiniz. Həmin o resurslar da nömrələri istifadə edirlər”.

Kiminsə və yaxud hansısa hadisə barədə bilərəkdən yalan məlumatvermə cinayət məsuliyyəti yaradır.

Tahir Əliyev – Hüquqşünas: "Bu hal mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsinin verilməsi üçün əsas yaradır. O cümlədən yalan olduğunu bilə-bilə məlumat verilməsi cinayət məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır”.
Əgər yalan xəbəri yayan müəyyənləşərsə, onu 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
"Anamın dayısı qızı koronavirusdan vəfat edib” – "Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol