• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirus əleyhinə maddə tapıldı

Koronavirus əleyhinə maddə tapıldı
05.02.2020 14:45
Koronavirus əleyhinə maddə tapılıb.

Yeniavaz.com AMEA-nın saytına istinadən xəbər verir ki, Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar. CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.

"Antivirial Research” jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir.
 
Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və "Zika”, "Lassa”, "Krım-Konqo” viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.

Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində təsdiqini tapacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol