• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “quş qripi” ilə bağlı əhaliyə müraciət olundu: “Uzaq durun“

Azərbaycanda “quş qripi” ilə bağlı əhaliyə müraciət olundu: “Uzaq durun“
05.02.2020 23:02
Ölkə ərazisinin "quş qripi" xəstəliyindən qorunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq epizootoloji monitorinqlər həyata keçirir.
AQTA-dan "Yeni Sabah"a daxil olan məlumata görə, bu ilin yanvar ayında keçirilən sonuncu monitorinqlər zamanı milli park və dövlət təbiət qoruqları, su-bataqlıq əraziləri, dənizsahili zonalar, eləcə də sənaye əsaslı iri quşçuluq müəssisələri, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarından götürülmüş nümunələrin laboratoriya müayinələri nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb, həmçinin xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.
Bununla yanaşı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisinin aşkar olunması və müvafiq beynəlxalq təşkilatların epizootik vəziyyətlə bağlı məlumatlarını ciddi siqnal kimi qəbul edərək hazırda AQTA və ETSN tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. 
Eyni zamanda, ölkəmizin coğrafi, iqlim xüsusiyyətlərinə görə qış və erkən yaz dövründə köçəri quşların kütləvi şəkildə ölkə ərazisindən keçməsi və köçəri quşların mövsümlə əlaqədar yemlərlə yetərincə təmin olunmaması quşlar üçün epizootik risk yaradır.
AQTA və ETSN vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, bununla bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud "1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar Xətti”nə məlumat verməyə çağırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol