• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən dizi üstə sürünə-sürünə...” - Nərminin qətlində adı hallanan Altay danışdı - Video

“Mən dizi üstə sürünə-sürünə...” - Nərminin qətlində adı hallanan Altay danışdı - Video
06.02.2020 10:51
"Mən xahiş edirəm o xəbərlərin əsaslı və ya əsassız olduğunu təyin etmək üçün kəndə gələsiniz. Buyurun, gəlin, evimi çəkin. Mən nə lazımdırsa göstərməyə hazıram.  Kiminsə məni əsassız, sübutsuz yerə ittiham etməyə haqqı yoxdur. Məni ancaq müvafiq orqanlar ittiham edə bilər".
 
Anews.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında adı çəkilən Altay Ələkbərov deyib. Haqqında yayılan xəbərlərin əsassız olduğunu deyən A.Ələkbərov onun nə zirzəmisi, nə də ikinci evi olmadığını bildirib: "Belə şeylərlə ciddi məşğul olunmalıdır.
 
Həqiqətləri bilmək üçün bura gəlməyiniz gərəkdir. Siz istəsəniz də, mənim hansı vəziyyətdə olduğumu bilə bilməzsiniz. Yaşanan hadisənin ailəmizə necə pis təsir göstərdiyini anlaya bilməzsiniz. Nərminin yandırıldığı yerlə mənim evimim arasında 1 kilometr və 22 ev qədər məsafə var. Deyir, onu arabada aparmışam. Belə şey ola bilər? Hansı axmaq o qədər məsafədə taqqa-taq nəsə aparar?  Bunları danışan kənddə hər kəsi söyən, 
təhqir edən adamdır. Onun adına 10 cinayət işi açılıb. O yalandan insanları işə düzəltmək adı ilə aldadıb. Əgər, bu sözləri tutarlı insan desəydi, mən dizi üstdə sürünə-sürünə gələrdim, mediayaya yalvarardım ki, açıqlama verim”. 

Altay Ələkbərov söhbət əsnasında üstündə silahla gəzməsi haqda deyilənlərə də aydınlıq gətirib: "Sizcə, bu necə ola bilər? Mən qoçuyam bəyəm silahla gəzim? Bu ölkənin qanunu, hüquq-mühafizə orqanları var. Kimə belə gəzməyə icazə verərələr? Nə silah, nə sataşma? Namusumuzla, qeyrətimizlə yaşayan ailəyik”.
 
A.Ələkbərov sözügedən səs yazısında adı çəkilən digər iki şəxsi - Ələkbərov Asif Əkbər oğlunu və Rzayev Vüsal Tərlan oğlu adlı adamların hazırda Dondar Quşçuda olmadığını da qeyd edib: "Qabilin videoda adlarını çəkdiyi insanlar heç bu kənddə yaşamırlar. İlkin Süleymanovu isə yaxından tanımıram. İlkin kim, mən kim? Onun 47, mənimsə 37 yaşım var. Ancaq bilirəm ki, özünəqapalı şəxsdir, kəndçimizdir. Aramızda yaş fərqi var. Mənim onunla nə münasibətim ola bilər? Koskocaman adamdır. Onun haqqında məlumatlar verilib”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol