• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunda DƏHŞƏT: 633 əsgər öldü

Ermənistan ordusunda DƏHŞƏT: 633 əsgər öldü
06.02.2020 13:32
İşğalçı Ermənistan ordusunda itkiləri hər keçən gün artır.

Publika.az xəbər verir ki, fevralın 5-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki erməni hərbi hissələrinin birində erməni əsgər silahla özünü vurub. Buna səbəb hərbi xidmətin dəhşətli şərtlər altında aparılması, ordudakı özbaşınalıq və qanunsuzluq, xüsusilə erməni əsgərlərin Qarabağda hərbi xidmət keçmək istəməməsidir. Özünü vuran əsgərin məqsədi də hərbi xidmətdən imtina etmək olub.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns Ermənistan ordusunda acınacaqlı vəziyyətin davam etdiyini bildirib.

"Bizim araşdırmalarımıza görə, 2010-2019-cu il əırzində Ermənistan və Qarabağdakı hərbi hissələrdə 633 ölüm hadisəsi qeydə alıbnıb. Onlardan 249 nəfəri atəşkəs rejiminin pozulması nəticəsində ölüb, 89-u intihar edib, 72-si isə qətl, yaxud digər səbəblərdən. Rəsmi rəqəmlərdə bu, olduqca aşağı göstərilir”, - o bildirib.

Sakuns hesab edir ki, Qarabağdakı erməni əsgərin özünə silahla xəsarət yetirməsinin səbəbləri araşdırılmalıdır: "Aydınlaşdırmaq lazımdır ki, əsgəri bu addım atmağa nə vadar edib, psixoloji vəziyyəti necə olub, hansı təzyiqlərə məruz qalıb. Özünə xəsarət yetirmək hərbi xidmətdən qaçmaq üçün edilibsə, bu psixoloqların işidir, yaxud başqa hansı motivlərin olduğu araşdırılmalıdır”.

Bu günlərdə Ermənistan ordusu ilə bağlı ortaya çıxan bir fakt cəmiyyətdə etirazlara səbəb olub. Məlumatlara görə, işğal altındakı Qarabağda "elit hərbi hissə” fəaliyyət göstərir. Bu hərbi hissədə varlıların və məmurların övladları hərbi xidmət keçir. Hərbi hissədə ciddi özbaşınalığın olduğu deyilir. Əsgər Artuq Abcamyanın öldürülməsi "elit hərbi hissə” ilə bağlı faktları ifşa etdi. Abcamyan digər əsgərlərlə dava zamanı öldürülüb, lakin hələ də cinayət qanuna uyğun olaraq araşdırılmır və əsgərin intihar etdiyi iddia olunur.

Eməni şərhçi Tevos Arşakyan yazır ki, orduda döyüşsüz itkilərin sayı sürətlə artır və bu problem həm keçmiş hakimiyyətin, həm də indiki hakimiyyətin dövründə həllolunmaz olaraq qalmaqdadır.

"Vəziyyət həqiqətən də acınacaqlıdır. Aşağıdan başlasaq, hərbi komissarlıqlarda tibb komissiyalarına baxmaq lazımdır. Hər çağırış zamanı adətən kasıbların övladları hərbi xidmətə götürülür, hətta yararsız olsalar belə. Amma məmurların və varlıların övladlarını yaxşı pul qarşılığında "yararsız” adı ilə hərbi xidmətdən yayındırırlar, yaxud da "elit hərbi hissəyə” göndərilirlər. Daha sonra hərbi hissələrdə zabitlərin, gizirlərin yazılmamış qanunları gəlir. Onlar əsgərlərdən zorla pul alır, incidir və intihara sövq edirlər. Və nəhayət, ən böyük məsuliyyəti daşıyan ordu komandanlığı: batalyon komandirlərindən tutmuş müdafiə nazirinə qədər hər kəs məsuliyyət daşıyır”, - erməni şərhçi bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol