Azərbaycanda koronavirusla bağlı daha bir XƏBƏRDARLIQ

Hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.
ETSN və AQTA həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.
ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud "1003-Çağrı Mərkəzi”nə, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar Xətti”nə məlumat verməyə çağırır.
Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























