• $
  • €
  • ₽
  • ₺
  • £

Şagird qız üstündə bıçaqlanıb - TƏFƏRRÜAT - YENİLƏNİB

Şagird qız üstündə bıçaqlanıb - TƏFƏRRÜAT - YENİLƏNİB
06.02.2020 15:52
Qazax rayonunda 16 yaşlı şagirdin bıçaqlanmasının təfərrüatı məlum olub. 

Qazax şəhər 1 saylı S.Əfəndiyev adına tam orta məktəbdən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, hadisə təhsil ocağının qarşısında qeydə alınıb.
 
belə ki, həmin məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov və 10-cu sinif şagirdi Nihad Əliyev arasında mübahisə yaranıb. Mübahisəyə isə M.Qasımovun N.Əliyevin sinif yoldaşı olan qızlara söz atması səbəb olub.
 
Yuxarı sinif şagirdi isə buna narazılığını bildirib: "Bundan sonra aralarında mübahisə yaranıb və məktəbin həyətinə çıxıblar. Onlara həyətə çıxarkən məktəbin mühafizəçisinə "mağazadan nəsə alıb gəlirik" deyiblər. Ancaq məktəbin qapısının qarşısında anidən kiçik bıçaqla onun qarnına bir dəfə vurub, sonra isə qaçıb.
 
Hazırda yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib və onun vəziyyətinin kafi olduğu bildirilir". 

Məktəbdən vurğulanıb ki, hadisəni törədən şagird dəfələrlə nizam-intizama tabe olmadığından valideynlərinə xəbərdarlıq edilib və hətta bir dəfə orta məktəbdən uzaqlaşdırılıb. Lakin yaxınlarının xahişi və təhsilini yarımçıq saxlamaması üçün yenidən məktəbə qaytarılıb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol