• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN və AQTA koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq edib

ETSN və AQTA koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq edib
06.02.2020 21:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi (AQTA) birgə məlumat yayıb.

ONA xəbər verir ki, birgə məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronovirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.
Əldə olunan təcrübəyə əsasən, 2019-nCoV koronavirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.

Aparılan müşahidələr onu göstərir ki, hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir. Bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.

ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud "1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar Xətti”nə məlumat verməyə çağırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol