Yevlaxda 100-ə yaxın ağac yandı - FOTO

Yevlaxda güclü yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yanıb.
Yeniavaz.com xəbər verir ki, hadisə ötən gecə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin aralığında baş verib.
Güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib. Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib. Əraziyə yanğınsöndürmə birqadası çağrılıb. Çətnliklə də olsa yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanğından ziyan görüb. Onlardan bir neçəsi tamamilə yandığından küləyin təsirindən aşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























