• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həkim sınıq olmayan ayağa gips qoydu - Şok iddia - Video

Azərbaycanda həkim sınıq olmayan ayağa gips qoydu - Şok iddia - Video
06.02.2020 23:11
Sınıq olmayan ayağa gips langeti qoyulub.
"Yeni Sabah" xəbər verir ki, paytaxtda yaşayan qadın bir neçə ay əvvəl yıxılıb və ayağı əzilib. Həkim isə ona ayağın çatladığını deyib və gips langeti qoyub. Qadın sözügedən vasitə qoyulduqdan sonra ayağının şişdiyini iddia edir və yeriyə bilmədiyini deyir. Həkim isə bu iddilarla razılaşmır.
Xəzər rayonu Binə qəsəbəsində yaşayan Nuranə Cəfərovanın sözlərinə görə, noyabr ayında yaşadığı evin pilləkənindən yıxılıb və ayağı zədələnib. Yaxınları da onu Türkan qəsəbəsində yaşayan Muxtar Yarıyev adlı travmatoloqun yanına aparıblar. Sözügedən şəxs heç bir rentgen etdirmədən ayaqda çat olduğunu deyib və gips langeti qoyub.
Nuranə Cəfərova iddia edir ki, gips onun ayağına çox mənfi təsir edib. Ayaqlarında şiş əmələ gəlib və yeriməsində problem yaranıb.
Şikayətçinin sözlərinə görə, sonradan 3 ayrı xəstəxanada ayağını rentgenə saldırıb və orada heç vaxt çatın olmadığı deyilib.
Qadının ayağını səhv müalicə etdiyi deyilən Muxtar Yarıyevlə də əlaqə saxladıq. Müsahibə vermək istəməsə də, bildirdi ki, Nuranə Cəfərovaya ayağında çat olduğunu deməyib. Aşağı ətrafın niyə şişdiyini isə bu cür əsaslandırdı..
İndi Cəfərovlar ailəsi qadının ayağını müalicə etdirmək üçün onlara dəyən maddi ziyanın ödənilməsini istəyirlər.
Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik: 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol