• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xərçəngə qarşı bitki aşkarlandı

Azərbaycanda xərçəngə qarşı bitki aşkarlandı
07.02.2020 11:02
Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə ediblər.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Ardıc ağaclarında ginekoloji xəstəliklərin - erkən uşaqlıq xərçəngi olan neuroblastomanın (NB) müalicəsi üçün xeyirli olan, şişə güclü təsir göstərə bilən maddə aşkar edilib. Bu ağacda neuroblastomanın müalicəsi üçün güclü təsiredici maddənin olması indiyədək elmi mənbələrdə qeyd edilməmişdi.
 
İnstitutdan bildirilib ki, dərmana qarşı davamlılığın inkişafı baxımından NB-nin müalicəsi üçün yeni terapevtik strategiyalara ehtiyac var. Hazırda onkolojı xəstəliklərin kimyəvi terapiyası zamanı bir çox bitki mənşəli preparatlardan və ya təbii birləşmələr əsaslı analoqlardan istifadə edilir. Digər tərəfdən, ardıclar sərv ailəsinə mənsub olan həmişəyaşıl kol və ya iynə yarpaqlı ağaclardır. Ardıclar İran, Türkiyə və Qafqaz ərazisində dağlarda yayılan dərman bitkisidir. Bu bitkilərdən alınan liqnanlar, flavonoidlər və diterpenoidlər xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirilib.
 
Araşdırma zamanı ardıc növlərindən alınan və əsasən abietan və labdan skeletinə əsaslanan diterpenoidlərin müəyyənləşdirilməsi zamanı hüceyrə xətlərinin neyroblastoması üçün güclü şiş əleyhinə təsir aşkar edilib.
 
Spektroskopik metodlar və rentgenstruktur analizlərdən istifadə olunmaqla izolyasiya və struktur təhlil yolu ilə ardıclar üzrə aparılan fitokimyəvi tədqiqatlar nəticəsində əvvəllər qeyd olunmamış bir labdan-diterpen, doqquz məlum diterpen, iki məlum liqnan və kumarinin aşkar edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol