• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sabiq müdafiə nazirinin ailə dramı: Qızı şiddətə məruz qalır

Azərbaycanın sabiq müdafiə nazirinin ailə dramı: Qızı şiddətə məruz qalır
07.02.2020 11:05
Sabiq müdafiə naziri Rəhim Qazıyevin qızı şiddətə məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynalı məlumat verib. 

O, qeyd edib ki, Rəhim Qazlyevin sabiq kürəkəni onların evinə hücum çəkərək baldızının avtomobilinin 4 təkərinin bıçaqla doğrayıb: 

"Şəbnəm Rəhim Qazıyevin qızıdır, ailəsində ciddi problemlər yaşayıb. Sonra şiddətli keçimsizlik səbəbindən Ramil Əzizov adlı həyat yoldaşından ayrılıb. İki gül kimi balası var. Aylarla, hətta illərlə davam edən narazılıqlar və ailədaxili şiddətdən sonra da Şəbnəm məsələni ictimailəşdirmək istəməyib. Sonra məsələ böyüyüb, işə Rəhim bəyin özü qarışıb, Ramil şiddəti ailəsinin daxilindən çıxarıb və başlayıb hər yeri, hər kəsi narahat eləməyə. Telefonla zəng etməyə, hədə-qorxu mesajları göndərməyə. Bu da yetməyib, aylarla davam edən bu yorucu, vahiməli və qorxulu olaylardan sonra Ramil Əzizov fiziki təzyiqləri də ailə daxilindən çıxarıb. Gəlib Rəhim Qazıyevin yaşadığı binanın qarşısında Şəbnəmin böyük bacısı Aytənin avtomobilinin 4 təkərinin dördünü də bıçaqla doğrayıb. Cinayət əməli təhlükəsizlik kamerasına düşüb. Dəfələrlə şikayətlər olunsa da, tədbir görməyən polis, bu dəfə Ramilə cinayət işi qaldırıb və onu saxlayıb. ...Amma bir neçə gündən sonra buraxıb. Əməllərinin cəzasız qaldığını görən Ramil bu dəfə Rəhim Qazıyevin evinə hücum edib, qapını döyüb, açılmadığını görəndən sonra isə "qlazok"u sındırıb. 102-yə zəng ediblər, polislər gəlib, həbs edib, aparıblar və... bir neçə gündən sonra Ramil yenidən zühur edib”.

Əvəz Zeynallı Rəhim Qazıyevin qızı Şəbnəmlə görüşüb:

"O, çox qorxur. Deyir ki, "heç nəyini istəmirəm, bircə məndən əl çəksin, qorxuram, addım ata bilmirəm, az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar: "Hazırda araşdırma aparılır, yekunda ictimaiyyətə məlumat veriləcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol