• $
  • €
  • ₽
  • ₺
  • £

Cibinizdə telefonunuz varsa... - İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR

Cibinizdə telefonunuz varsa... - İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
07.02.2020 15:46
Türkiyənin İstanbul şəhərində bundan sonra ictimai nəqliyyatdan istifadə etmək üçün ödəniş kartına ehtiyac olmayacaq. Əhali İstanbul Böyükşəhər Bələdiyyəsinin ərsəyə gətirdiyi xüsusi tətbiqi smartfonlarına yükləyərək, ictimai nəqliyyatda kartsız ödəniş edə biləcəklər. İlkin mərhələdə təkcə avtobuslarda istifadə olunacaq bu tətbiq, daha sonra metrolarda, gəmilərdə və s. ictimai nəqliyat növlərində də aktivləşdiriləcək. 
  
Bəs oxşar sistem Bakıda nə vaxt istifadəyə veriləcək? Bununla bağlı hazırlıqlar necə gedir?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə əlaqədar "Yeni Sabah”a bildirib ki, bir müddətdir Bakı Nəqliyyat Agentliyi (BNA) də bununla bağlı hazırlıqlara başlayıb:

"Artıq bu üsuldan istifadə üçün BNA-da işlər gedir. Ya mart, ya da iyun ayından etibarən bu sistem tətbiq oluna biləcək. Bu texnologiya vasitəsilə bank kartını smartfona transformasiya edib telefon üzərindən ödəniş etmək olur. 

Mən ümumiyyətlə, istənilən novator və proqressiv təklifin tərəfdarıyam. Hər bir şey Azərbaycan insanına əlçatan olmalıdır. Bizim öz pul cüzdanımızla seçim etmək imkanımız olmalıdır. İstəsək, kartla, telefonla və ya nəğd formada ödəniş edə bilməliyik. Bunun üçün şərait yaradılmalıdır”. 

BNA-nın mətbuat katibi Mais Ağayev də bildirib ki, hazırda BNA-da bu sistemin fəaliyyəti ilə əlaqədar işlər aparılır.

"Bir neçə məsələ var ki, onlar həllini tapmalıdır. Düşünürük ki, 2020-ci ilin ilk rübü, əgər texniki problemlər yaranarsa, 2020-ci ilin ilk yarısında online ödəmə sistem işə salınacaq. Bu proses təkmilləşdirildikdən sonra isə vətəndaşlar marşurut avtobuslarının hərəkətləri və getmə-gəlmə vaxtları ilə bağlı məlumatları mobil telefon vasitəsilə ala biləcəklər”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol