• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici dilləri Azercell-lə öyrən!

Xarici dilləri Azercell-lə öyrən!
07.02.2020 17:03
Azercell Telekom” MMC dünyaca məşhur "Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom, rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirir və xarici dilləri öyrənmək ,dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün "Busuu” tətbiqini təqdim edir.

Xarici dil öyrənmək üçün dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan "Busuu”nun hazırda 90 milyondan artıq istifadəçisi var. "Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italiyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, "Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və Beynəlxalq McGraw-Hill sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir. 

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan "Busuu” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, 0.20 AZN ödəməklə günlük paketi və ya 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Xidmətə qoşulma qaydası çox sadədir: günlük paketə abunə olmaq üçün smartfonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes komandasının yığılması kifayətdir.

Azercell-lə "Busuu” artıq hər kəs üçün əlçatan oldu! Xarici dil biliklərinizi vaxtınıza qənaət edərək "Busuu” ilə təkmilləşdirin!

Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/busuu/ səhifəsinə daxil olun.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz


Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol