• $
  • €
  • ₽
  • ₺
  • £

“100 min könüllü ilə Azərbaycanın yanındayıq” - Məşhur türk döyüşçü

“100 min könüllü ilə Azərbaycanın yanındayıq” - Məşhur türk döyüşçü
04.08.2014 10:00

Yusuf Ziya Arpacık: “Biz savaşı yox, savaş bizi istəyir”

92-ciildə Qarabağ savaşında Azərbaycana gələn, öncə yeni qurulan MilliOrduda, Şıxov batalyonunda, daha sonra isə türk könüllülərinin “Rüzgar”kampında yer alan Yusuf Ziya Arpacıq Ermənistan-Azərbaycan cəbhəsindəson günlər yaşanan gərginliklə bağlı narahatlığını ifadə edərkən “100min könüllü ilə Azərbaycanın yanındayıq” deyib.

Y.Z.Arpacığın Facebooksosial şəbəkəsindəki “Qarabağ müharibəsi başlayarsa, yüksək təlim görmüş100 min könüllü döyüşçü ilə Qafqazda olacağıq! Görüş yerimizİrəvandadır!” mesajı Azərbaycanda geniş müzakirə olunub. Bu mesajıAnadolunun Azərbaycana qardaş dəstəyi kimi qəbul edənlərlə yanaşı,Qarabağ savaşı ilə bağlı beynəlxalq müstəvidə görülən işlərə zərər verəbiləcəyi ehtimalını irəli sürənlər də var. Yusuf Ziya Arpacık “YeniMüsavat”a açıqlamalarında müzakirələrdə səslənən fikirlərə münasibətbildirib.
- Yusuf hoca, yazdığınız mesajAzərbaycanda savaş yolu ilə Qarabağın azad edilməsini istəyən kəsimə ruhverib. Bir də ortada səsləndirdiyiniz 100 min könüllü rəqəminingerçəklə ilgisi olmadığını düşünənlər var. Onlara cavabınız nədir?
-Qarabağ bir yana İrəvan da türk torpağıdır və işğaldan azadedilməlidir. Bunun üçün biz 100 min deyil, 100 minlərlə meydana çıxmağahazırıq. Bu rəqəmi heç kim xəyal kimi qəbul eləməsin. Biz dediyimizsözün sahibiyik. Qarabağla bağlı, silahla təmin edilmiş, yüksək təlimkeçmiş döyüşçülərlə işğala son verilməsi prosesində hər cür dəstəkverməyə hazırıq.
- Bu cür açıqfikirlərin ermənilərin beynəlxalq məkanda mövqelərini gücləndirməyəxidmət etdiyini düşünənlər də var. Onlar iddia edir ki, TürkiyədənQarabağ savaşına könüllülərin gəlməsi ermənilərin türk-müsəlmantoplumunun onlara qarşı birləşməsi ilə bağlı yeni kampaniyabaşlatmalarına səbəb ola bilər.
- Bu günortada bir gerçək var - Qarabağ ötən əsrin 90-cı illərindən işğalaltındadır. Bu işğala son qoymaq üçün diplomatik müstəvidə aparılansəylər heç bir nəticə vermir. Azərbaycanın bir qarış torpağı azadedilməyib, insanlar hələ də vətənsizdir. Danışıqlar prosesinin heç birnəticə verməyəcəyi hər kəsə bəllidir. Qarabağı işğaldan azad etmənin biryolu var - o da savaş. Azərbaycan illərdir danışıqlar prosesinə görəgücsüz vəziyyətə salınıb, təslimçiliyə məhkum edilib. Torpaqları işğalolunan bir dövlət torpaqlarını işğaldan azad etmək üçün heç bir hərəkətedə bilmir. Ermənilər isə getdikcə mövqelərini gücləndirirlər. Artıqsilahların danışması zamanıdır.
- Aydındırki, Ermənistan Qarabağı Rusiyanın güclü dəstəyi ilə işğal edib.Torpaqları diplomatik yolla azad etməyi daha doğru yol sayanlarınfikrincə, Azərbaycan savaşa başlasa, Rusiyanın güclü ordusu ilə üz-üzəqalacaq. Sizcə, Rusiya faktoruna görə, hərbi əməliyyatlardan çəkinməkdoğru taktikadırmı?
- Rusiya bu gün özimperiya siyasətinin acıları içərisindədir. Ukraynaya hərbi müdaxiləyəgörə dünya ilə üz-üzə qalıb. Ukraynanı bölmək planları iflas edən Krembir də iqtisadi sanksiyalarla üz-üzədir. İndi Azərbaycanın öz torpaqlarıuğrunda real mübarizəyə başlaması üçün ən real imkanlar yaranıb. Zamanbizim zamandır. Onu dəyərləndirmək lazımdır. Türk millətçiləriayaqdadır. Biz savaş istəmirik, savaş bizi istəyir. Azərbaycan bilsinki, bu davada yalnız deyildir.
- Yusuf hoca,sizin İraqdakı türkmən elində çalışmalarınız olduğunu da bilirik. Hərgün həyəcanlı xəbərlər alınan bir bölgənin son durumu necədir?

-Kritik dönəm davam etməkdədir. İŞİD terror qruplaşması dinc əhaliningününü cəhənnəmə çevirib. Biz bu insanların təhlükəsizliyi üçünbacardığımızı edirik. İnsanların savaş bölgəsindən çıxarılmasındantutmuş, onlara humanitar yardım göstərilməsinə qədər, bir çox işlərgörməyə çalışırıq. Türkmənlər bizim qardaşımızdır. Bu gün İraqtürkmənləri həm diplomatik, həm hərbi, həm humanitar sahədə ciddidəstəyə ehtiyac duyur. Terrordan baş götürən insanlar çarəsiz səhrayasəpələnmiş durumdadır. Bugündən sabaha ümidləri yoxdur. Türkiyədövlətindən, bütün türk dünyasından umacaqları çoxdur. Ülkü ocaqlarınınbaşlatdığı humanitar yardım kampaniyası davam edir. Ərzaq, geyim, pul,hər cür yardımı türkmən qardaşlarımıza çatdırmaq üçün səfərbərik. Bizonların bizə uzanan əlini geri çevirməməliyik. Bu bizim qardaşlıqborcumuzdur. //Musavat.com

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol